Riberi: "Futbol olmasaydı, indiyə kimi işsiz qalardım"
"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi maraqlı fikirləri ilə diqqət çəkib.

Fransız futbolçu "Bild" qəzetinə müsahibəsində keçmiş günlərindən danışıb:

"Mən yoxsul ailədə doğulmuşam. Orada insanların əksəriyyəti yoxsul idi. Əgər futbol olmasaydı, mən işsiz və yoxsul qalacaqdım. Mən hər zaman doğulduğum şəhərin insanları haqda düşünürəm. Keçmişini unutmaq olmaz. Həyatın bir sıra çətinliklərindən keçmişəm. Lakin həmin o şərait mənim xarakterimi dəyişib, daha güclü birinə çevirib. Hazırda "Bavariya"da çox xoşbəxtəm".

Qeyd edək ki, Riberi 1983-cü ilin aprelin 7-də Fransanın Bulon-Syur-Mer şəhərində dünyaya göz açıb.

Xəbər 825 dəfə oxundu.