UEFA "Olimpiakos"u cəzalandırdı
"Olimpiakos" Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə öz meydanında oynadığı qarşılaşmaya azarkeşsiz çıxacaq.

UEFA Yunanıstan təmsilçisini bir oyunluq cəzalandırıb. Buna klubun azarkeşlərinin "Anderlext"lə matçda irqçi şüarlar səsləndirməsi səbəb olub.

Bundan başqa, "Olimpiakos" qitənin ali futbol qurumuna 30 min avro ödəməli olacaq.

Qeyd edək ki, "Olimpiakos" - "Mançester Yunayted" matçı fevralın 25-i baş tutacaq.

Xəbər 944 dəfə oxundu.