"Mançester Siti"dən Musleraya 20 milyon avro
"Qalatasaray" klubunun qapıçısı Fernando Muslera karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Mançester Siti" klubu uruqvaylı qolkiperin transferində maraqlıdır.

Bu mövsüm qapıçı sarıdan əziyyət çəkən Mançester təmsilçisi gələn ay Musleranı transfer etməyi planlaşdırır. İngiltərə nəhəngi 27 yaşlı qapıçının transferi üçün 20 milyon avro xərcləməyə hazırdır. Lakin "Qalatasaray"ın Muslera ilə yeni müqavilə imzalayaraq onu komandada saxlayacağı iddia olunur.

Qeyd edək ki, Muslera 2011-ci ildə "Latsio"dan "Qalatasaray"a transfer olunmuşdu.

Xəbər 811 dəfə oxundu.