"Qalatasaray"dan 7 milyon avroluq rəsmi təklif
Çempionlar Liqasında mübarizəni davam etdirən "Qalatasaray" transfer üçün ilk rəsmi təklifini gerçəkləşdirib.

"Cim-Bom" Brazliyanın "Qremio" klubunun futbolçusu Aleks Telles üçün 7 milyon avro təklif edib.

21 yaşlı gənc oyunçu Braziliyanın ən yaxşı müdafiəçilərindən hesab olunur. O, bu mövsüm ölkə çempionatından 32 matçda forma geyib.

Qeyd edək ki, A.Telles ilə bəzi Avropa klubları da maraqlanır.

Xəbər 788 dəfə oxundu.