Gənclər və idman naziri qaliblərlə görüşüb
Bu gün gənclər və idman naziri Azad Rəhimov atıcılığın sportinq növü üzrə yığma komandanın üzvlərini qəbul edib. Nazirlikdə keçirilən görüşün əsas səbəbi sentyabrın 24-dən 29-dək Bakıda bu idman növü üzrə təşkil olunmuş beynəlxalq Qran-pri turnirinin qaliblərini təbrik etmək idi.

Görüş zamanı nazir Azad Rəhimov deyib ki, hər hansı bir idman növünün ətrafında peşəkarlar, sözün əsl mənasında idmana vurğun olan, can yandıran insanlar toplaşırsa, o halda inkişafdan danışmaq olar: “Sevinirəm ki, sportinq idman növü ilə məşğul olan idmançıların da sayı və qələbələri artır. Mən 2016-cı ildə Olimpiya oyunları siyahısına salınmış qolf, reqbi idman növlərinin nümayəndələri ilə də görüşlər keçirmişəm. Digər idman növlərində olduğu kimi, bu idman növündə də mütləq inkişafa nail olmaq lazımdır.“

Görüşün sonunda beynəlxalq Qran-pri turnirinin qaliblərinə mükafatlar təqdim olunub.

4 ölkədən 31 idmançının iştirak etdiyi turnirdə aşağıdakı idmançlar fərqləniblər:

1. İbrahim Həsənov (179 xal)
2. İlham Mahmudov (177 xal)
3. Dmitri Vaxruşev (176 xal)

Gənclər:

1. Adəm Kərimli (153 xal)
2. Süleyman Əlişanbəyli (145 xal)
3. Mehman Həsənov (128 xal)

Qadınlar

1. Fidan Ağayeva (136 xal)
2. Yelena Serova (99 xal)
3. Ləman Nuşirəvanova (67 xal)

Xəbər 1399 dəfə oxundu.