"Fənərbaxça"nın futbolçusu ölkəsinin ən yaxşısı seçildi
"Fənərbaxça"nın seneqallı futbolçu Musa Sou öz ölkəsinin ən yaxşı oyunçusu seçilib.

27 yaşlı hücumçu səsvermədə "Çelsi"dən Demba Ba, "Monako"dan İbrahima Tureni geridə qoyaraq bu ada layiq görülüb.

O, 269 səs yığaraq ölkəsinin "Qızıl top"unu qazanıb.

Qeyd edək ki, M.Sou bu mövsüm 8 qol vurub.

Xəbər 855 dəfə oxundu.