"Bavariya" dünya çempionatının finalında
Klublararası dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə "Quançjou Everqrand" və "Bavariya" komandaları üz-üzə gəlib.

Görüş Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Pep Qvariolanın komandası finala yüksəlib.

Qarşılaşmada qolları Frank Riberi, Mario Mandzukiç və Mario Qötze vurub.

Qeyd edək ki, yarımfinalın son oyunu "Kasablanka" və "Atletiko Mineyro" komandaları arasında oynanılacaq.

Xəbər 817 dəfə oxundu.