Şəkidə şəhər birinciliyi keçirilib
Dekabrın 13-də Şəki şəhər Gənclər və İdman İdarəsi, təqvim planına əsasən ali, orta ixtisas və peşə məktəblərinin qız və oğlan komandaları arasında Şəki Şahmat Məktəbində şahmat növü üzrə şəhər birinciliyi keçirilib.

Qızlar arasında keçirilən yarışda birinciyə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, ikinciyə Texniki Kollec, üçüncü yerə Pedaqoji Kollecin komandaları: oğlanlar arasında keçirilən yarışda birinciyə Pedaqoji Kollec, ikinciyə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, üçüncü yerə isə Texniki Kollecin komandaları layiq görülübülər.

Qalib komandalar idarənin diplomları ilə təltif olunublar.

Xəbər 988 dəfə oxundu.