"Qvardiolaya əvəzləyici tapmaq asan olmadı"
"Barselona" klubunun prezidenti Sandro Rosell sabiq baş məşqçiləri Pep Qvardiola haqda danışıb.

Rosell Qvardiolaya əvəzləyici tapmaqda çətinlik çəkdiklərini bildirib:

"Qvardiolaya əvəzləyici tapmaq asan olmadı. O, "Barselona"da bütün uğurları qazanmışdı. Onun uğurlarını təkrarlamaq hər kəsə çətin görünür. Tito Vilanovaya gəldikdə isə o hər zaman ürəyimizdə yaşayacaq".

Qeyd edək ki, 4 il "Barselona"nı çalışdıran Qvardiola 2011/2012 mövsümünün sonunda komandadan ayrılmışdı.

Xəbər 914 dəfə oxundu.