"Çelsi" "İnter"in futbolçusunu transfer edir
"Çelsi" klubu Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la oyunöncəsi növbəti transferini gerçəkləşdirməyə çox yaxındır.

London klubu "İnter"in futbolçusu Fredi Quarinin transferi üçün İtaliya təmsilçisi ilə razılığa gəlib.

Kolumbiyalı yarımmüdafiəçini yanvar ayında komandaya gətirmək üçün "Çelsi"nin 18 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Premyer Liqa təmsilçisi ilə 4.5 illik müqavilə imzalayacağı gözlənilən F.Quarin bu mövsüm 16 matçda forma geyinib və 3 qol vurub.

Xəbər 1082 dəfə oxundu.