Messi qayıdır
“Barselona”nın futbolçusu Lionel Messinin yaşıl meydana qayıdacağı tarix açıqlanıb.

Noyabrın 10-da “Betis”lə matçda zədələnən argentinalı hücumçunun bərpa prosesi uğurla keçib. Hazırda onun ayağında ağrıların qalmadığı bildirilir.

Sərbəst şəkildə məşq edən Messinin iki həftəyə kimi optimal forma yığacağı və komandasına kömək edə biləcəyi xəbər verilir.

Xəbər 823 dəfə oxundu.