"Barselona" "Real"ın rekordunu qırdı
La Liqanın hazırkı lideri "Barselona" "Real"ın (Madrid) rekordunu qırıb.

Kataloniya klubu son olaraq "Vilyareal"la matçda qalib gələrək liderliyini qoruyub.

Bu qalibiyyətlə "Barsa" ardıcıl 54 tur zirvədə qalmağı bacararaq Madrid klubunun 1986/1987 və 1987/1988 mövsümündəki 53 turluq rekordunu qırıb.

Qeyd edək ki, "Barselona" ötən mövsüm ilk turdan son tura qədər birinci pillədən enməyib. Kataloniya klubu bu mövsüm geridə qalan 15 həftədə də ölkə çempionatında liderliyi qorumağı bacarıb.

Xəbər 867 dəfə oxundu.