Qattuzonun evində axtarış aparıldı
İtaliya millisinin keçmiş futbolçuları Cennaro Qattuzo və Kristian Brokkinin adı danışılmış oyunlarda hallanır.

Ölkə polisinin apardığı araşdırma zamanı hər iki şəxsin günahkar olduğu üzə çıxıb. Bu səbəbdən Qattuzo və Brokkunun evlərindən axtarış aparılıb.

Qeyd edək ki, İtaliya polisi 90-a yaxın matçla bağlı araşdırma aparır. Bu qarşılaşmalar arasında "İnter" - "Milan", "Milan" - "Yuventus" oyunları da var.

Xəbər 812 dəfə oxundu.