Xerardo Martino: “Bu, mənim üçün sürpriz oldu”
“Barselona”nın baş məşqçisi Xerardo Martino komandasının müdafiəçisi Karles Puyolun futbolçu karyerasını başa vuracağı barədə yayılan xəbərlərdən təəccüblənib.

İspaniya mətbuatı tez-tez zədə problemi yaşayan təcrübəli müdafiəçinin ya futboldan birdəfəlik getmək, ya da asan çempionatlardan birində oynamaq istədiyini yazıb.

Xerarda Martino isə bildirib ki, hazırda Puyol normal qaydada məşq edir və heç nədən şikayət etmir.

“Bu haqda xəbərlər mənim üçün sürprizdir. Çünki o, mənə bir şey deməyib” – deyə o vurğulayıb.

Xəbər 934 dəfə oxundu.