"Real" və "Barselona" istintaqa cəlb edilib
Avropa Birliyi Komissiyası 7 İspaniya klubunu qanunsuz işlər gördüyü üçün istintaqa cəlb edib.

Bu klublar "Real", "Barselona", "Atletik", "Osasuna", "Valensiya", "Elçe" və "Herkules"dir. 3 fərqli səbəbdən ittiham olunan klubların Avropa Birliyi qanunlarına tabe olmayaraq, dövlətdən gizli yolla yardım aldıqları iddia olunur.

Qeyd edək ki, rəsmi araşdırmalara dekabrın 17-18-i başlanılacaq.

Xəbər 850 dəfə oxundu.