PSJ-dən "Yuventus"un futbolçusuna 50 milyon avro
Fransanın PSJ klubu növbəti transfer hədəfini açıqlayıb.

Paris təmsilçisi "Yuventus"un futbolçusu Pol Poqaya "elçi" düşüb.

Son Fransa çempionunun 20 yaşlı futbolçunun transferi üçün 50 milyon avro təklif edəcəyi iddia olunur. "Yuventus"la 2016-cı ilə müqaviləsi olan Poqba ilə Madridin "Real" klubu da yaxından maraqlanır. Fransa millisinin üzvünün qışda hansı qərarı verəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, Poqba 2012-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a transfer olunub.

Xəbər 1265 dəfə oxundu.