Nəsri: "Real" və "Barselona" bizimlə qarşılaşmaq istəməz"
"Mançester Siti" klubunun fubolçusu Samir Nəsri maraqlı açıqlamaları ilə diqqət çəkib.

"ESPN"ə danışan fransız futbolçu Çempionlar Liqasının 1/8 finalda "Real" və "Barselona" ilə qarşılaşmaq istəmədiklərini bildirib:

"Bütün Avropa bizim "Arsenal" (6:3) oyunumuzu gördü. Daha öncə ÇL-də "Bavariya"ya 3:2 hesabı ilə qalib gəlmişdik. Artıq Avropada bizdən çəkinirlər. Düşünmürəm ki, hətta "Real" və "Barselona" da Çempionlar Liqasının 1/8 finalında bizimlə qarşılaşmaq istəsin. Mən bu mərhələdə PSJ, "Atletiko" və ya "Borussiya" ilə qarşılaşmağı arzu edirəm. Ancaq "Real" və ya "Barselona" ilə düşsək, bu barədə daha çox onlar düşünməli olacaqlar".

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü bu gün, Bakı vaxtı ilə saat 15:00-da atılacaq.

Xəbər 1160 dəfə oxundu.