Messinin atası yenidən məhkəmədə
"Barselona"nın futbolçusu Lionel Messinin və atası Xorxe Messinin başı problemlərdən qurtulmur.

Argentinalı hücumçunun atasının kolumbiyalı narkobizneslərlə əlbir olduğu iddia edilir.

Bu səbəbdən Xorxe Messi məhkəməyə aparılıb. Xorxenin narkotik vasitəsi ilə əldə etdiyi gəliri rok konsertləri və "Messinin dostları" matçının təşkilində xərclədiyi bildirilib. Hətta əlavə məlumatlar almaq üçün Lionel Messi, Daniel Alveş, Pinto və Xavyer Maskeranonun da klub binasında ilkin ifadəsi alınıb.

Qeyd edək ki, bundan əvvəl Messi və atası 4 milyon avro vergidən yayınmaqda ittiham olunmuşdu.

Xəbər 724 dəfə oxundu.