Sumqayıtda stolüstü tennis üzrə turnir keçirilib
«Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıtın bir sıra müəssisə, idarə və təşkilatlarını təmsil edən komandalar arasında stolüstü tennis üzrə şəhər turniri keçirilmişdir.
Birliyin mətbuat xidmətindən AzərTAca verilən məlumata görə, olimpiya sistemi üzrə keçirilən yarışlara Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin, şəhər təhsil və səhiyyə şöbələrinin, Sumqayıt Dövlət Universitetinin, Qafqaz Universitetnin, Müəllimlər İnstitutunun, şəhər Polis İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Gömrük İdarəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt futbol klubunun, 2 saylı UGİM-in komandaları da daxil olmaqla 20 komanda qatılmışdır. “Azərikimya” İB turnirdə 5 komanda ilə təmsil olunmuşdur.

Yarışlarda daha yaxşı nəticə göstərən Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin komandası turnirin qalibi olmuşdur.

«Azərikimya» İB-nin “Kimyalayihə” İnstitutu və şəhər təhsil şöbəsinin komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutmuşlar. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Xəbər 891 dəfə oxundu.