Premyer Liqada daha bir baş məşqçi qovuldu
İngiltərə Premyer Liqasında daha bir baş məşqçi qovulub.

"Vest Bromviç çalışdırıcısı Stiv Klarkla yolları ayırıb. Klubunun "Kardiff"ə son oyunda 0:1 hesabı ilə məğlub olmasının ardından bu qərar verilib.

Qeyd edək ki, "Vest Bromviç" ölkə çempionatında hazırda 16-cı pillədədir.

Xatırladaq ki, bundan əvvəl "Fulhem" Martin Yolu, "Sanderlend" isə Paulo Di Kanyonu istefaya göndərmişdi.

Xəbər 770 dəfə oxundu.