Valensiya ilə oyunda Realın üç mərkəz müdafiəçisi oynaya bilməyəcək
Madrid Realı İspaniya çempionatının 17-ci turuna ciddi itkilərlə hazırlaşır. Zədəli Rafael Varan Yeni ilə qədər oynaya bilməyəcək.Pepe və Serxio Ramos isə cəzalı vəziyyətdədirlər. Beləliklə Karlo Ançelottinin əlinin altında yalnız bir mərkəz müdafiəçisi qalıb. Bu da Naço Fernandesdir. Onunla birlikdə müdafiənin mərkəzində çox güman ki, Alvaro Arbeloa oynayacaq.

Qeyd edək ki, Valensiya ilə oyun dekabrın 22-də olacaq.

Xəbər 886 dəfə oxundu.