"DÇ-2014"-ün stadionda faciə baş verdi
Braziliyanın Manause şəhərində «Amazoniya» stadionunda bədbəxt hadisə baş verib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, futbol üzrə dünya çempionatı oyunlarının keçirilməsi üçün nəzərdə tutulan stadionun tikintisi zamanı 2 fəhlə damdan yıxılaraq, həlak olub.

Mənbə bildirib ki, «Amazoniya» stadionunda 4 oyun, o cümlədən İngiltərə ilə İtaliya yığmalarının görüşünün keçirilməsi planlaşdırılıb.

Xəbər 877 dəfə oxundu.