Anxel Di Mariya: "Mourinyoya borcluyam"
"Real" (Madrid) klubunun futbolçusu Anxel Di Mariya sabiq baş məşqçisi Joze Mourinyo haqda danışıb.

"Diario Ole"yə müsahibə verən argentinalı futbolçu yüksək səviyyəyə gəlməsində Mourinyoya borclu olduğunu bildirib:

"Mourinyo məni yüksək səviyyəli bir oyunçu etdi. Mənə çox şey öyrətdi. Ulduz futbolçu olmağın yollarını başa saldı. Fərdi oyun üslubundan uzaqlaşdıraraq komanda şəklində oynamağımı təmin etdi. Bu mənada ona borcluyam".

Qeyd edək ki, 25 yaşlı futbolçu sonda həm Ronaldo ("Real"), həm də Messi (Argentina) ilə eyni komandada oynadığı üçün xoşbəxt olduğunu bildirib.

Xəbər 864 dəfə oxundu.