Ançelotti: "Falkaoya ehtiyacımız yoxdur"
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti "Monako"nun futbolçusu Radamel Falkaonu transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

"Marca"ya danışan təcrübəli mütəxəssis deyib ki, kolumbiyalı hücumçuya ehtiyacları yoxdur:

"Falkao nə qədər yaxşı futbolçu olsa da, biz hücumçularımızdan məmnunuq. Xeyli sayda qollar da vururuq. Falkaoya hazırda ehtiyacımız yoxdur".

Qeyd edək ki, bir çox İspaniya mətbuatı Falkaonun Madrid klubu ilə razılığa gəldiyini yazmışdı.

Xəbər 852 dəfə oxundu.