İtaliyanın ən uğursuz məşqçisinə mükafat verildi
"Yuventus"un baş məşqçisi Antonio Konte qəribə bir mükafata layiq görülüb.

Təcrübəli mütəxəssis ölkədə uğursuz çıxış ilə yadda qalan çalışdırıcılara zarafatla verilən "Qızıl tapir" mükafatına layiq görülüb.

A.Konte isə bu mükafata layiq görüldüyü üçün gülərək qürur hiss keçirdiyini deyib.

Qeyd edək ki, tapir Cənubi Amerika və Cənub-Şərqi Asiya ormanlıqlarında yaşayan və donuza bənzəyən bir heyvandır.

Xəbər 822 dəfə oxundu.