Ronaldo özünə sayt açdı
"Real" (Madrid) klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo özünə sayt açıb.

"VivaRonaldo.com" adlı sayta daxil olmaqla ulduz oyunçunun azarkeşləri fikir bildirə biləcək və Ronaldo ilə bağlı ən yeni xəbərlərlə tanış olacaqlar.

Portuqaliyalı hücumçu açıqlamasında sayta daxil olan azarkeşləriylə görüşəcəyi ilə bağlı söz də verib.

Qeyd edək ki, Ronaldonun "facebook"da 67 milyon, "tvitter"də isə 23 milyon izləyicisi var.

Xəbər 818 dəfə oxundu.