"Fənərbaxça" 14 oyundur məğlub olmur
Türkiyənin "Fənərbaxça" klubu bu mövsüm ölkə çempionatında uğurlu çıxışı ilə yadda qalır.

"Sarı-lacivərdlilər" dünən "Kadıköy"a qalib (4:0) gələrək məğlubiyyətsizlik seriyasını 14 matça yüksəldib.

İstanbul klubu sonuncu dəfə 2012/2013 mövsümünün 20-ci turunda "Sivasspor"a məğlub olub.

Qeyd edək ki, "Fənərbaxça" məğlub olmadığı 14 matçda rəqib qapılıarına 36 qol vurub, 10 qol isə qapısında görüb.

Xəbər 762 dəfə oxundu.