Mourinyo: "Ona ehtiyacımız var"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçusu David Luizin komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

O, braziliyalı oyunçunun hem bir yerə getməyəcəyini deyib: "Hər şey çox aydındır. David bizim futbolçumuzdur və burada xoşbəxtdir. Ona ehtiyacımız var. Bu səbəbdən Luizi satmayacağıq".

Qeyd edək ki, müdafiəçi ilə "Barselona"nın maraqlandığı iddia edilir.

Xəbər 848 dəfə oxundu.