"Rəvan" Bakıda son məşqinə çıxdı
Bazar günü "Xəzər Lənkəran”la Topaz Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşacaq "Rəvan” artıq oyun üçün Bakı hazırlığını başa vurub.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu gün "Bayıl Arena”da məşqə çıxıb.

Təxminən saatyarım davam edən hazırlıqda yalnız zədəli Tofiq Mikayılov iştirak etməyib. Ümumi qrupa qoşulan Elvin Həsənəliyevin durumu da qənaətbəxşdir. O, həftəsonu meydana çıxa biləcək. Əvəzində Ceyhun Cavadovla Novruz Məmmədov 4 sarı vərəqəyə görə cəzalı duruma düşüb və onlar Lənkərana aparılmayacaq. Digər tərəfdən, İvan Pexa və Rəşad Abdullayev cəzasını başa vurub və baş məşqçinin sərəncamında olacaq.

Xəbər 1021 dəfə oxundu.