Məcidov yenə Abdullayevlə üz-üzə

Azərbaycan milli komandasının ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidovun (+91 kq) dünya çempionatındakı ilk rəqibi məlum olub. Həmyerlimiz oktyabrın 2-də Özbəkistan təmsilçisi Sərdor Abdullayevlə qarşılaşacaq. O, Misir idmançısı Madian Kassemi 20:7 hesabı ilə məğlub edib.
Nəzərinizə çatdıraq ki, Məcidovla Abdullayev artıq bir dəfə üz-üzə gəliblər. Amma həvəskar boksda yox, WSB liqasında. Rinq ustamız “Astana Arlans” klubunun şərəfini qoruyan Abdullayev üzərində inamlı qələbə qazanmışdı.

Xəbər 1113 dəfə oxundu.