"Gələcəyin Olimpiyaçıları" açıq Respublika turniri keçirilir
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında yeniyetmə qızlar, sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmə oğlanlar arasında "Gələcəyin Olimpiyaçıları" adlı açıq Respublika turniri keçirilir.

Turnirin məqsədi Azərbaycanda qadın güləşi, sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarətdir.

Bu gün start götürən yarışda yeniyetmə qızlar və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparır. Yeniyetmə qızların yarışında 42, yunan-Roma güləşçilərinin yarışında 120 idmançı mükafatlar uğrunda yarışır.

Yeniyetmə qızların yarışında qalib və mükafatçıların adları məlumdur:

38 kq

1. Zemfira Ələkbərli – Məhsul İC
2. Ramilə Əliyeva – Zaqatala
3. Arzu Manayeva – Zaqatala

40 kq

1. Aynur Camalova – Məhsul İC
2. Dilbər Dərgahova – Zəngilan
3. Nahidə Sərkərova – Abşeron

43 kq

1. Ülkər Babayeva – 16 UGİM
2. Yasəmən Məcidli – Abşeron
3. Türkan Osmanova – Abşeron

46 kq

1. Türkan Nəsirova – Abşeron
2. Gülcahan Hacıyeva – Məhsul İC
3. Dərsul Məmmədova – Cəngi GK
3. Adelina Mirzəyeva – Məhsul İC

49 kq

1. Şəbnəm Əhmədova – Cəngi GK
2. Sabina Həmzəlizadə - Abşeron
3. Fidan Əsgərova – Gəncə
3. Sona Tumarxanova – Məhsul İC

52 kq

1. Tatyana Varansova – Neftçi İSM
2. Ləman Kərimova – Abşeron
3. Gülnarə Hacıyeva – Gömrük

56 kq

1. Ləman Qurbanova – Neftçi İSM
2. Leyla Orucova – Məhsul İC
3. DürdanəƏliyeva – Cəngi GK

60 kq

1. Firuzə İbrahimova – Abşeron
2. Aydan Mustafayeva – Məhsul İC
3. Arzu Hüseynova – Gəncə

65 kq

1. Rəhilə Quluzadə - Neftçi İSM

70 kq

1. Anita Kələntərova – Neftçi İSM
2. Günel Həsənli – İsmayıllı
3. Şəbnəm Xudayarlı - Abşeron

Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif edilir.

Sabah isə, kiçik yaşlı yeniyetmə sərbəst güləşçilər yarışa qatılacaq.

Xəbər 754 dəfə oxundu.