Noyabr ayının ən yaxşıları hansı futbolçular oldu?
Topaz Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırıldı. İdman.com.az xəbər verir ki, KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən “İnter” klubunun hücumçusu Vaqif Cavadov digər rəqiblərini xeyli qabaqlayaraq noyabr ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Peşəkar Futbol Liqasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin AZAL-ın qapısına vurduğu qol ötən ayın ən gözəl qolu seçilib.

Qaliblərə Peşəkar Futbol Liqasının hədiyyələri və Topaz-ın pul mükafatları təqdim olunub.

Xəbər 861 dəfə oxundu.