"Trabzonspor" və "Rubin" 1/16 finalda
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

İkinci dərəcəli qitə turnirinin son turunda bütün qarşılaşmalar eyni gündə baş tutub.

Türkiyənin Avroliqada yeganə təmsilçisi "Trabzonspor" səfərdə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gəlib. Bu görüşdə hesabı açılmayıb və Trabzon təmsilçisi qrupu birinci pillədə başa vurub.

Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" Belçikanın "Zulte Varegem" klubunun qonağı olub. Millimizin üzvü Ruslan Abışovun da iştirak etdiyi görüş 2:0 hesabı ilə Kazan təmsilçisinin xeyrinə başa çatıb.
"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" öz meydanında Kiprin APOEL klubunu qəbul edib. Frankfurt təmsilçisi bu oyunda 2:0 hesabı ilə qalib gəlib.

"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Tromse" səfərdə Moldova "Şerif"i ilə qüvvəsini sınayıb. Bu oyunda rəqibinə 0:2 hesabı ilə uduzan "Tromse" qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, bu gecə keçiriləcək oyunlardan sonra Avroliqanın 1/16 final mərhələsinə vəsiqə qazanacaq bütün komandaların adlarına aydınlıq gəlib.

11 dekabr

Avropa Liqası, VI tur


A qrupu

22:00. “Valensiya” (İspaniya) - “Kuban” (Rusiya) - 1:1
Qollar: Alkaser, 67 (1:0), Melqareyo, 85 (1:1)
Qırmızı vərəqə: Viktor Ruiz, 90 ("Valensiya")

22:00. "Sent Qallen"- “Suonsi” (İngiltərə) - 1:0
Qol: Matis, 80 (1:0)

Xəbər 974 dəfə oxundu.