Martino: "Neymar oyuna yaxşı başlamadı, ancaq..."
"Barselona"nın baş məşqçisi Xerardo Martino dünən Çempionlar Liqasının qrup mərhələsində "Seltik"lə görüşdə het-trik edən Neymar haqda danışıb.

Argentinalı mütəxəssis Neymarın mərkəz hücumçusu mövqeyində özünü yaxşı tərəfdən göstərdiyini bildirib:

"Neymar oyuna yaxşı başlamadı. O mərkəz hücumçusu mövqeyinə uyğunlaşmalı idi. Lakin vurduğu ilk qoldan sonra o bu mövqedə oynaya bildiyini sübut etdi. Neymar haqda daha nə deyə bilərəm? Onun topu özündə saxlamaq istedadı var. Matça gəldikdə isə bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Uzun müddət yüksək tempi saxlaya bildiyimiz üçün çox şadam. Əsas hədəfimiz "Seltik"ə qarşı nümayiş etdirdiyimiz oyunu digər görüşlərdə də təkrarlamaqdır".

Qeyd edək ki, "Barselona" - "Seltik" oyunu 6:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər 801 dəfə oxundu.