Milanda qalmaqal: 6 nəfər bıçaqlandı
Çempionlar Liqasının qrup mərhələsində dünən baş tutan "Milan" - "Ayaks" matçında xoşagəlməz hadisə baş verib.

Görüşün baş tutduğu "San Siro" stadionun yaxınlığında hər iki komandanın azarkeşləri arasında dava düşüb.

İnsident zamanı 6 nəfər bıçaqlanıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, "Milan" - "Ayaks" matçı 0:0 hesabı ilə başa çatıb.

Xəbər 840 dəfə oxundu.