İranlılar Messidən üzr istədi
İran Futbol Federasiyanın prezidenti Əli Kafaşiyan Argentina millisinin və "Barselona"nın hücuçusu Lionel Messidən üzr istəyib.

"Tehran Times" qəzetinə açıqlma verən fedreasiya prezidenti bəzi iranlıların Messi haqda xoşagəlməz ifadələr işlətdiyindən təəsüfləndiyini bildirib və İran futbol ailəsi adında argentinalı futbolçudan üzr istədiyini deyib.

Qeyd edək ki, püşkatmanın nəticəsinə görə, 2014-cü ildə keçiriləcək dünya çempionatının F qrupunda İran Argentina ilə bir qrupa düşüb. Püşkatmadan sonra 40 mindən artıq iranlı Messi haqda təhqiredici sözlər yazıb.

Xəbər 772 dəfə oxundu.