Pike "Barselona"nın tarixinə düşdü
Çempionlar Liqasının qrup mərhələsində hazırda davam edən "Barselon" - "Seltik" oyununda qol vuran meydan sahiblərinin futbolçusu Jerard Pike klubun tarixinə düşüb.

Təcrübəli müdafiəçinin görüşün 7-ci dəqiqəsində vurduğu qol "Barselona"nın Avrokuboklarda 1000-ci qolu olub.

Qeyd edək ki, Pike fərqlənməklə Kataloniya klubunun Çempionlar Liqasında 487-ci qoluna imza atıb.

Xəbər 1146 dəfə oxundu.