“Rabitə” voleybol komandası növbəti qələbəsini qazanıb
Dekabrın 11-də qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının beşinci turunun oyunları keçirilmişdir.

Son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” komandası da növbəti oyununa çıxmışdır.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində “Rabitə” Fransanın “Bezye” komandasını qəbul etmişdir. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə “Rabitə” komandası 3:1 hesabı ilə qalib gəlmişdir.

Hesabında 14 xal olan “Rabitə” komandası qrup cədvəlinə liderlik edir. Rusiyanın “Omıçka” komandası 10 xalla ikinci, “Drezdner” (Almaniya) isə 3 xalla üçüncü pillədə yer almışlar.

Xəbər 1360 dəfə oxundu.