"Bavariya" daha bir futbolçusu ilə müqaviləni yeniləyib
"Bavariya" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Jerom Boatenqlə 2016-ci ildə başa çatan sözləşmənin müddəti 2018-ci ilin yayına qədər uzadılıb.

Alman müdafiəçi komandada daha çox qalacağı üçün qürur hiss keçirdiyini deyib: "Bavariya" dünyanın ən böyük klublarından biridir. Komandamla birgə önəmli uğurlar əldə etmək istəyirəm".

Qeyd edək ki, J.Boatenq 2011-ci ildə "Mançester Siti"dən 14 milyon avroya "Bavariya"ya transfer olunub. O, indiyə kimi 106 rəsmi matçda iştirak edib və 3 qol vurub.

Xatırladaq ki, Münhen təmsilçisi bundan əvvəl David Alaba ilə müqaviləni yeniləmişdi.

Xəbər 866 dəfə oxundu.