Riberidən İbrahimoviçə dəstək
Bu il "Qızıl top" mükafatına namizəd üç futbolçudan biri olan Frank Riberi maraqlı açıqlamaları ilə diqqət çəkib.

Fransız futbolçu PSJ klubunun hücumçusu Zlatan İbrahimvoçin mükafatın ilk 3 namizəd sırasına düşə bilməməsinə təəssüfləndiyini bildirib:

"İlk üç namizəd arasında olduğum üçün çox şadam. Özümlə, klubumla və ailəmlə qürur duyuram. İbrahimoviçin namizədlər sırasına düşə bilməməsinə çox təəssüfləndim. Çünki o da ötən mövsüm PSJ forması ilə əla oyun sərgiləmişdi".

Qeyd edək ki, bu il "Qızıl top" mükafatı uğrunda Frank Riberi, Kriştiano Ronaldo və Lionel Messi mübarizə aparacaq.

Xəbər 823 dəfə oxundu.