“Qalatasaray” və “Yuventus” heyəti dəyişdirəcəkmi?
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında "Qalatasaray" - "Yuventus" matçı qar yağması səbəbindən yarımçıq dayandırılıb.

Bu qərarın ardından komandaların bugün keçiriləcək matça fərqli start heyətdə çıxıb-çıxmayacağı müzakirələrə səbəb olub.

Bununla bağlı qaydada qeyd olunur ki, komandalar meydana dünənki qarşılaşmadan fərqli start heyətlə çıxa bilər. Ancaq əvəzlənən futbolçular 18 nəfərlik heyətdə yer ala bilməzlər.

Xəbər 795 dəfə oxundu.