“İqtisadçı” komandası Moskvada “Dinamo” kollektivinin qonağı olub
Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının beşinci turunun oyunları keçirilib.

Bakının “İqtisadçı” komandası Moskvada yerli “Dinamo” kollektivinin qonağı olub.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüş 3:0 hesabı ilə “Dinamo” komandasının xeyrinə başa çatmışdır. Bu qələbə ilə “Dinamo” Çempionlar Liqası yarışlarının pley-off mərhələsinə vəsiqəni təmin edib.

Xəbər 1058 dəfə oxundu.