Arsen: "Napoli ilə oyun çətin olacaq"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsində oyunöncəsi açıqlama verib.

Təcrübəli mütəxəssis diqqətli oynamalı olduqlarını deyib:

"Oyunçularımdan heç birinə istirahət verməyi düşünmürəm. Bəlkə kiçik dəyişikliklər ola bilər. Bizim hazırkı hədəfimiz qrupdan çıxmaqdır. Əgər qrupu lider olaraq tamamlasaq, lap yaxşı olar. "Napoli" ilə oyun çətin olacaq. Ancaq biz "Borussiya" və "Fənərbaxça" kimi təhlükəli səfərlərdə qələbə qazanmışıq".

Qeyd edək ki, "Napoli" - "Arsenal" oyunu bu axşam baş tutacaq.

Xəbər 783 dəfə oxundu.