"Bakı"nın U-14 komandası dünən ilk yoxlama oyununa çıxdı
İspaniyada təlim-məşq toplantısı keçirən "Bakı"nın U-14 komandası dünən ilk yoxlama oyununa çıxıb və meydanı qalibiyyətlə tərk edib.

“Atletiko”nun bazasında məşq edən U-14 komandanın üzvləri axşam saatlarında yoldaşlıq oyunu çərçivəsində Madridli həmyaşıdları ilə qarşılaşıblar. Şakir Seyidov və Mirnahid Quliyevin qolları ilə 2:1 hesablı qələbə qazanan "Bakı" göstərdiyi səviyyəli oyunla diqqətləri cəlb edib.

Sabah U-14-ün üzvləri Madridə ekskursiyaya çıxacaqlar, axşam isə Visente Kalderon stadionunda “Atletiko”nun ev oyununu izləyəcələr.

Xəbər 888 dəfə oxundu.