Ronaldo daha bir rekorda imza atdı
Madrid "Real"ın futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Portuqaliyalı hücumçu "Kopenhagen"lə oyunda (2:0) fərqlənməklə Çempionlar Liqasının qrup mərhələsindəki qollarının sayını 9-a çatdırıb. Bu göstərici ilə o, hamını üstələyib.

Qeyd edək ki, hazırda Ronaldodan sonra qrup mərhələsində ən çox qol vuran İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçdir. O, rəqib qapılarına 8 dəfə yol tapıb.

Xəbər 854 dəfə oxundu.