“Azəryol” voleybol komandası “Qalatasaray” klubu ilə qarşılaşıb
Dekabrın 10-da Bakı Voleybol Mərkəzində Azərbaycanın qadınlardan ibarət “Azəryol” voleybol komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.

Beşinci tur çərçivəsində “Azəryol” Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşmışdır. Qarşılaşma 2:3 (25:21, 22:26; 25:21, 15:25; 14:16) hesabı ilə “Azəryol” komandasının məğlubiyyəti ilə başa çatıb.

Oyunu hakimlər Aln Mateyzer (Rumıniya), Aleksandr Pyasetski (Belarus) idarə ediblər.


Xəbər 717 dəfə oxundu.