AFFA İntizam Komitəsinin iclası keçirilib
AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Topaz Premyer Liqasının XVI turunun görüşlərində qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Sumqayıt”–“Bakı” matçının 90+2-ci dəqiqəsində yan xətt hakimini təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov 4 oyunluq cəzalandırılıb. Görüş başa çatdıqdan sonra meydan sahiblərinin “Neftçi”yə məxsus müdafiəçisi Slavik Alxasov və ötən turda cəzalandırılmış futbolçusu Samir Abbasov da hakimləri təhqir etdiklərinə görə 4 oyuna buraxılmayacaqlar. “Sumqayıt” FK isə 3 futbolçusuna görə ümumilikdə 12 min manat cərimə ödəməli olacaqdır.

Xəbər 685 dəfə oxundu.