“Qızıl top”u alana dünya kuboku əngəli
2013-cu ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatının finalçıları artıq məlumdur.

Bu nüfuzlu mükafatla bağlı bir məqam xüsusi diqqəti çəkir. 1957-ci ildən indiyə kimi bu mükafatı qazanan futbolçu həmin il və ya sonrakı il keçiriliıən dünya çempionatında qalib adını qazana bilməyib.

Bu il mükafatı sahib olacaq Kriştiano Ronaldo, Lionel Messi və Frank Riberidən birinin DÇ-2014-ün kubokunu qazanıb-qazanmayacağı maraqla gözlənilir.

1957-ci ildən indiyə kimi "Qızıl top"u qazanıb, amma dünya çempionatında birincilik əldə edə bilməyən futbolçular aşağıda adları qeyd olunanlardır:


1957 - Alfredo di Stefano (İspaniya) – dünya çempionluğunu qazanan ölkə Braziliya
1961 - Omar Sivori (İtaliya) - dünya çempionluğunu qazanan ölkə Braziliya
1965 - Eysebio (Portuqaliya) - dünya çempionluğunu qazanan ölkə İngiltərə (1966)
1969 - Canni Rivera (İtaliya) - dünya çempionluğunu qazanan ölkə Braziliya (1970)
1973 - Yohan Kroyf (Hollandiya) - dünya çempionluğunu qazanan ölkə Almaniya (1974)
1977 - Allan Simonsen (Danimarka) - dünya çempionluğunu qazanan ölkə Argentina (1978)
1981 - Karl-Haynz Rummenige (Almaniya) - dünya çempionluğunu qazanan ölkə İtaliya (1982)
1985 - Mişel Platini (Fransa) - dünya çempionluğunu qazanan ölkə Argentina (1986)
1989 - Marko van Basten (Hollandiya) - dünya çempionluğunu qazanan ölkə Almaniya (1990)
1993 - Roberto Baccio (İtaliya) - dünya çempionluğunu qazanan ölkə Braziliya (1994)
1997 - Ronaldo (Braziliya) - dünya çempionluğunu qazanan ölkə Fransa (1998)
2001 - Maykl Ouen (İngiltərə) - dünya çempionluğunu qazanan ölkə Braziliya (2002)
2005 - Ronaldinyo (Braziliya) - dünya çempionluğunu qazanan ölkə İtaliya (2006)
2009 - Lionel Messi (Argentina) - dünya çempionluğunu qazanan ölkə İspaniya (2010)

Xəbər 849 dəfə oxundu.