"Barselona" stadionunu genişləndirəcək
La Liqa təmsilçisi "Barselona" klubu ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionun tamaşaçı tutumunu artırmağı planlaşdırır.

Bu barədə klubun mətbuat katibi Toni Freyxa açıqlama verib.

Klub rəsmisi "Nou Kamp" arenası ilə bağlı mövcud olan iki layihədən birinin həyata keçiriləcəyini bildirib: "Barselona" Universitetinə aid yeni bir stadionun inşaatı gündəmdədir. Lakin hazırki arenanın mövcud tamaşaçı tutumunu qorumaqla, stadionun yenidən tikilməsi də nəzərdə tutulub".

Hər iki layihədə tamaşaçı tutumunun 105 min olacağını deyən Freyxa 12 və 2 min tutumlu yeni idman stadionlarının inşa ediləcəyini də əlavə edib. Freyxa hansı layihəni həyata keçirəcəkləri ilə bağlı qərarın gələn il yanvar ayının əvvəllərində açıqlayacaqlarını deyib.

Qeyd edək ki, açılışı 1957-ci ildə edilən "Nou Kamp" stadionu 99 min 354 nəfərlik tamaşaşı tutumuna malikdir.

Xəbər 759 dəfə oxundu.