Taffarel: "Yuventus"un ən təhlükəli futbolçusu..."
"Qalatasatay" klubunun qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel bu axşam Çempionlar Liqasında baş tutacaq "Yuventus"la oyunöncəsi fikirlərini bölüşüb.

Taffarel rəqibin ən təhlükəli futbolçusu kimi Artur Vidalı fərqləndirib:

"Yuventus"un ən təhlükəli futbolçusu Vidaldır. İnanılmaz bir yarımmüdafiəçidir. Onu bir anlıq gözdən qaçırsan, qapının ağzında "bitəcək". Öz mövqeyinin ən yaxşı oyunçularından biridir. Çili yığmasının şərəfini qoruyur. Ancaq Braziliya millisində oynamasını çox istərdim".

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 1050 dəfə oxundu.